Bu ilin yanvar-aprel aylarında Dövlət Neft Şirkəti büdcəyə 651 milyon 522 min manat vəsait ödəyib.
ERtv şirkətə istinadən xəbər verir ki, bu göstərici 2013-ci ilin müvafiq dövrü ilə müqayisədə 132 milyon 651 min manat və ya 125,6 faiz çox olub.
İlin dörd ayında büdcəyə daxil olan vəsaitin 128 milyon 416 min manatı aprel ayının payına düşüb.
Bundan əlavə, cari ilin aprel ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 180 min manat vəsait köçürüb.
Bu, ötən ilin aprel ayı ilə müqayisədə 105 min manat və ya 100,8 faiz çox olub.
Ümumiyyətlə, 2013-cü ilin yanvar-aprel aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 50 milyon 218 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-aprel aylarına nisbətən 154 min manat və ya 100,3 faiz çox olub.