Xəbərlər

Zeynəb Xanlarova yenə sərt danışdı: “Camaatı aldatmayın...”
12 may, 2014 20:25

Millət vəkili, SSRİ xalq artisti Zeynəb Xanlarova maraqlı açıqlamaları ilə yadda qalıb.

Belə ki, İctimai Televiziyanın dünən “Telemizan” verilişinin ilk qonağı olan xalq artisti Z. Xanlarova daha çox hansı televiziya kanallarında oxuduğu və toya gedən müğənnilər haqda danışıb.

ERtv Axşam.az-a istinadən xəbər verir ki, xalq artisti efirdə görünməməyinin səbəbini belə açıqlayıb və tez-tez ekranda görünərək qiymətdən düşməkdən qorxduğunu deyib.

“Neçə illərin sənətkarıyam. Mən heç evimin eyvanına çıxıb hava da almıram. Bu, ancaq xarici səfərlərdə mümkün olur. İnsanların gözünə çox girmək istəmirəm.

Bütün kanallara hörmətim var, amma dəvətlərini qəbul etmirəm. Hər yerdən dəvət edirlər, oxumağımı istəyirlər.

Mən yalnız AzTV-də və İctimai Televiziyada çıxış edirəm. Düşünürəm ki, “burda oxuyum, orda çıxış edim” düz deyil. Hörmətdən, qiymətdən düşməkdən qorxuram” - deyə, o, bildirib.

Sənət aləminin bugünkü vəziyyətindən danışan Z.Xanlarova ifaçılara məsləhətlər də verib.

“Toya gedən müğənni olmamışam. Bu gün toya gedənləri də tənqid etmirəm. Mən konsertlərdən qazanırdım. Bu günkü müğənnilər toylardan qazanırlar, konsertlərdən pul götürə bilmirlər. Amma toya gedəndə də xalqı unutmayın. Camaatı aldatmayın...

Mən bu sənətin adamıyam, bu aləmdən danışmaq istəyirəm. Sənət adamlarına sənətkar demək istəyirəm. Qoy toy oxuyanda da xalqı yaddan çıxarmasınlar. Nəyiniz var, verin xalqa, bəhrəsini görəcəksiniz” - deyə, Z.Xanlarova əlavə edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.