Xəbərlər

Müdafiə Nazirliyi cəbhə bölgəsində 4 hərbçinin şəhid olması barədə xəbəri təkzib edən açıqlama yayıb
11 may, 2014 12:57

“Bu gün bəzi elektron kütləvi informasiya vasitələri sosial şəbəkədəki istifadəçiyə istinadən guya cəbhə bölgəsində atəşkəsin pozulması və bunun nəticəsində Silahlı Qüvvələrimizin şəhid verməsi ilə bağlı təxribat xarakterli məlumat yayıblar”.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə daxil olan açıqlamada bildirilir.

Məlumatda qeyd olunub ki, Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, belə bir hadisə baş verməyib, informasiyada adları qeyd olunan şəxslər, ümumiyyətlə, Silahlı Qüvvələrdə xidmət etmir, bu məlumatın heç bir əsası yoxdur və yayılan xəbər təxribat xarakteri daşıyır: “Təəssüf doğuran isə odur ki, Müdafiə Nazirliyi baş verən hər bir hadisə ilə bağlı rəsmi açıqlama verməsinə və məlumatların ilkin mənbədən dəqiqləşdirilməsi barədə dəfələrlə kütləvi informasiya vasitələri nümayəndələrinə müraciət etməsinə baxmayaraq, belə dezinformasiya xarakterli xəbərlər yenə də yayılır və ictimaiyyəti çaşdırmağa cəhd göstərilir”.

Müdafiə Nazirliyi növbəti dəfə KİV-ə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə təkidlə müraciət edərək, Silahlı Qüvvələrlə bağlı verilən məlumatlara milli təhlükəsizlik mənafelərinin qorunması baxımından daha həssaslıqla yanaşmalarını tövsiyə edir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.