Gömrük orqanları büdcəyə 133 milyon manat ödəyib
10 may, 2014 12:53
Bu ilin aprel ayında gömrük orqanlarından dövlət büdcəsinə 133 mln. 560 min manat vəsait daxil olub.
ERtv Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin aprel ayından 15% artıq olub.
Ötən ay gömrük orqanlarından büdcəyə daxil olan vəsaitin 103 mln. 533 mini və yaxud 77%-i əlavə dəyər vergisi üzrə köçürülən vəsaitin payına düşüb.
Aprel ayında gömrük rüsumu üzrə büdcəyə 22 mln. 888 min manat vəsait daxil olub.
Hesabat ayında aksizlər üzrə büdcəyə daxil olan məbləğ 5 mln. 720 min manat, yol vergisi üzrə 1 mln.418 min manat təşkil edib.