Xəbərlər

İran Avropaya qaz nəqlində Ermənistan ərazisindən istifadə olunmasını istisna etmir
09 may, 2014 21:18

İran Almaniya, Fransa və Fransa daxil olmaqla digər Avropa ölkələrinə təbii qazını boru vasitəsi ilə və ya maye qaz şəklində ixrac etməyə hazırdır.

ERTv APA-ya istinadən xəbər verir ki, bu barədə İranın neft nazirinin beynəlxalq məsələlər üzrə  müavini Əli Məcidi İRNA agentliyinə  bildirib.

Mətbuat konfransında çıxış edən nazir müavini qeyd edib ki, Avropa ölkələri İran qazını nəql etmək üçün 3 marşrutdan istifadə edə bilərlər. Onun sözlərinə görə, hazırkı şəraitdə bu marşrutlardan iqtisadi cəhətdən ən sərfəlisi Türkiyə ərazisindəki qaz borusu sayılır.  O qeyd edib ki, Avropa yeni qaz tədarükçülərinin axtarışında olduğu halda İran qazının Avropaya ixracı çox uğurlu bir razılaşma olacaq.  

Məcidi  ikinci marşrutun  İraq, Suriya, Livan və Aralıq dənizindən keçdiyini bildirib. “Üçüncü marşrut isə Ermənistan, Gürcüstan və Qara dənizdən keçən qaz borusudur. Nazir müavini qeyd edib ki, qazın Avropaya borular vasitəsi ilə tədarük olunması üçün xeyli hazırlıq işləri və  vaxt tələb olunur və Tehran, bu səbəbdən, hələlik Avropaya  maye qaz ixrac etməyə hazırdır.  

Nazir müavinin sözlərinə görə, hazırda Pakistan və Hindistan ilə qaz sazişinin bağlanılması istiqamətində danışıqlar aparılır. Məcidi qeyd edib ki, İran tədricən Qazaxıstan və Türkm\nistan daxil olmaqla Orta Asiya ölkələri ilə qaz sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır.  

“İRNA” dövlət xəbər agentliyi qeyd edir ki, İran qaz ehtiyatlarına görə dünyada ikinci yeri tutur və Avropa Birliyi Rusiyadan asılacağını azaltmağa çalışdığı halda İran Avropa üçün etibarlı və uzunmüddətli tərəfdaş ola bilər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.