Xəbərlər

Bakı Ali Neft Məktəbində Ümummilli lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
08 may, 2014 11:48

Bakı Ali Neft Məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

ERtv xəbər verir ki, Ali Məktəbin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rektor Elmar Qasımov ulu öndər Heydər Əliyevin 1969-cu ildən 2003-cü ilə kimi müddətdə Respublikamızın inkişafına dəyərli töhfələr verdiyini, onun müstəqil Azərbaycanın qurucusu, ölkənin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradıcısı və rəhbəri kimi ölkəmizin dünyada tanınmasında müstəsna rol oynadığını vurğulayıb.

O, Azərbaycanın indiki inkişafının məhz Heydər Əliyevin irəli sürdüyü və ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyasının uğurları hesabına mümkün olduğunu qeyd edib, gəncləri Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşərək dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət etməyə çağırıb.

Yeni Azərbaycan Partiyasının İcraçı Katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Heydər Əliyev fenomeninin Azərbaycan, keçmiş Sovetlər İttifaqı və dünya miqyasında qəbul edildiyini qeyd edi.

1969-1983-cü illərdə ulu öndərin rəhbərliyi altında Azərbaycan Respublikasının iqtisadi inkişafında böyük uğurlar əldə etdiyi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Sovetlər İttifaqının rəhbərliyinin Azərbaycana qarşı qərəzli mövqeyinə qarşı həmişə cəsarətlə etiraz səsini ucaltdığı, xalqın ağır günlərində 1993-cü ildə yenidən hakimiyyətə gələrək Azərbaycanın parçalanmasının qarşısını aldığı, Yeni Azərbaycan Partiyasının rəhbəri kimi uzun perspektivdə ölkənin strateji inkişaf yolunu müəyyən etdiyi, Azərbaycanın haqq sözünün dünyaya çatdırılmasında, ölkənin dünya siyasətində və iqtisadiyyatında rolunun ildən ilə artmasında müstəsna rolu olduğu haqqında danışıb.

O, bugünki Azərbaycanın təməlinin Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb, bu əfsanəvi şəxsiyyətin dünya siyasətçiləri sırasında özünə məxsus yer tutduğunu və Azərbaycan xalqının ulu öndərin xatırəsinə həmişə xüsusi ehtiram bəslədiyini qeyd edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.