Qənirə Paşayeva: “22 ildir Şuşasızlıq ağrısı ilə yaşayırıq”
08 may, 2014 11:47
Bu gün qədim Şuşamızın Ermənistan tərəfindən işğalından 22 il ötür.
Şuşasız 22 il... 22 ildir bu ağrı ilə yaşayırıq.
ERtv xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Facebook səhifəsində paylaşdığı statusunda qeyd edib.
“Qədim Şuşamızda şəhid olan insanlarımız da daxil olmaqla bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm və inanıram ki, inşallah yaxın zamanlarda bir millət və dövlət olaraq Şuşanı və işğal altında olan bütün gözəl bölgələrimizi işğaldan azad edəcəyik və 22 ildir ağrı və həsrət içində yaşayan məcburi köçkünlərimiz öz evlərinə qayıda biləcəklər”, - deyən millət vəkili onu da qeyd edib ki, biz hamımız bunun üçün çalışmalı və əlimizdən gələni etməliyik.