Kompüter oyununda oğurluğa görə həbs olundular
08 may, 2014 11:46
Çinin iki sakini əksəriyyətin oynadığı “Dungeon Fighter Online” kompüter oyununda digər oyunçuya məxsus virtual əşyaları qanunsuz olaraq mənimsədiyinə görə iki il müddətinə azadlıqdan məhrum edilib.
ERtv “dri.ru”ya istinadən xəbər verir ki, Vanq və Kay soyadlı cinayətkarlar bütün boş vaxtlarını demək olar ki, bu oyuna həsr edirmişlər.
Daimi iş yerləri olmayan bu şəxslər “Dungeon Fighter Online” oyununda virtual əşyalarla ticarət etməyə başlayıblar.
2013-cü ilin martında onlar Ma adlı şəxs ilə tanış olublar. Hansısa yol ilə onun loqin və parolunu öyrəniblər. Manın xeyli sayda qiymətli əşyalara sahib olduğunu gördükdə isə onları satmaq qərarına gəliblər. Nəticədə Vanq və Kay ümumilikdə 6,405 min dollar qazanc əldə edib.