Sərnişindaşıma tarifləri bahalaşıb
08 may, 2014 11:45
Aprel ayında nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 0,1 faiz bahalaşıb.
ERtv Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yükdaşıma tarifləri isə 1,2 faiz ucuzlaşıb.
Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 6,5 faiz ucuzlaşma, digər xarici ölkələr üzrə 6,9 faiz bahalaşma müşahidə olunub.
Aprel ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 1,2 faiz, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri 13,0 faiz bahalaşıb.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi ay ərzində 3,2 faiz ucuzlaşıb.
Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.