Xəbərlər

Azərbaycanda 0,2 faiz inflyasiya qeydə alınıb
07 may, 2014 15:54

Aprel ayında ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin 0,2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,1 faiz bahalaşması, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,2 faiz bahalaşmasına səbəb olub.

Bu barədə ERtv  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
 
Ay ərzində qarabaşaq yarmasının, toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, qatığın, yumurtanın, portağalın, bananın, qozun, fındığın, şabalıdın, göyərtinin, xiyarın qiymətlərində ucuzlaşma qeydə alınıb.

Düyünün, makaron və vermişelin, qoyun ətinin, kərə yağının, bitki yağlarının, limonun, almanın, armudun, çuğundurun, kökün, kartofun, kələmin, baş soğanın, sarımsağın, şəkərin qiymətlərində isə bahalaşma müşahidə olunub.
 
Aprel ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, məişət cihazlarının, zərgərlik məmulatlarının qiymətlərində ucuzlaşma, inşaat materiallarının, iri alət və avadanlıqların, dərmanların, yanacaq və sürtgü materiallarının qiymətlərində isə bahalaşma müşahidə olunub.

Əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələri üzrə hava sərnişindaşıma nəqliyyatı tarifləri ucuzlaşıb, digər ölkələr üzrə hava sərnişindaşıma və ölkədən kənara dəmiryol sərnişindaşıma nəqliyyatı tarifləri isə bahalaşıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.