Xəbərlər

Sürücülər üçün 60 manatlıq cərimə 100 manata qaldırılır
06 may, 2014 16:12

Millət vəkilləri “Yol hərəkəti haqqında” Qanun layihəsinə yeni təkliflər irəli sürüblər.

ERtv avtosfer.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Rafael Cəbrayılov təcili yardım maşınına yol verməyən sürücülər üçün cərimənin 100 manata qaldırılmasının vacibliyini deyib.

Milli Məclisin mayın 2-də keçirilən iclasında deputat Rəfael Cəbrayılov “Yol hərəkəti haqqında” Qanun layihəsinə dəyişikliklərdən danışarkən bildirib ki, xüsusi siqnallarla təchiz olunmuş avtomobillərə yol verilməməsi ilə bağlı qayda pozuntusu digər qayda pozuntusu ilə müqayisədə daha təhlükəlidir.

“Söhbət yol polisi, yanğınsöndürən, təcili yardım maşınlarından gedir. Sürücülər polis maşınlarına yol verirlər. Bunun səbəbləri aydındır. Yanğınsöndürən maşınlara da yol verilir.

Çünki onların qabariti böyükdür və toqquşma təhlükəsi baxımından onlara da yol verilir. Lakin təcili yardım maşınlarına yol verilməməsi çox geniş yayılıb. Burada insan sağlamlığından söhbət getdiyi üçün məsələ daha təhlükəlidir”.

R.Cəbrayılov bəzi təkliflər verib: “Qanun layihəsinin 151-ci maddəsində sadalanan əməllərlə birgə 60 manat cərimə olunma ayrı bir maddədə verilməlidir.

Nəzərə çatdırım ki, Milli Məclisin belə bir təcrübəsi var. Piyadaların keçid zolağı üzərinə çıxan andan onlara sürücü tərəfindən yol verilməsini iki il bundan öncə ayrı bir maddədə yerləşdirdik.

Təbii ki, bu da lazımi effekt verdi. Xüsusi səs siqnalları, sayrışan işıqlarla təchiz olunmuş avtomobillərə yol verilməməsinə görə inzibati məsuliyyət 151.2-ci maddədən çıxarılıb ayrıca maddədə verilsin və sanksiya ən azı 100 manata kimi qaldırılsın”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.