Xəbərlər

Arif Rəhimzadə : “21 rayon üzrə 204 bələdiyyə birləşdirilərək 94 yeni bələdiyyə yaradılacaq”
06 may, 2014 16:10

Milli Məclisin (MM) Regional məsələlər komitəsinin mayın 6-da keçirilən iclasında 2 məsələnin – “Azərbaycan Respublikasının bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə və dəyişikliklər barədə qanun layihələrinin müzakirəsi yer alıb.

ERtv xəbər verir ki, qanun layihələri barədə məlumat verən komitənin sədri Arif Rəhimzadəbildirib ki, Azərbaycanda bələdiyyələrin yaradılması üçün iki şərt var.
 
“Şərtlərdən biri odur ki, bələdiyyələrin fəaliyyəti üçün ərazi olmalıdır. İkincisi, həmin ərazidə 5 nəfər də olsa, insan yaşayırsa, o zaman bələdiyyə yaradılması üçün əsas var. Bu da ən demokratik yoldur. Ona görə də Azərabycanda bələdiyyələrin sayı çox idi”-deyən komitə sədri onu da əlavə edib ki, ilk vaxtlar 2757 bələdiyyə fəaliyyət göstərirdi.
 
“Sonradan bu qənaətə gəlindi ki, kiçik bələdiyyələr özlərini lazımi səviyyədə göstərə bilmir. Buna görə də 2009-cu ildə mayın sonlarında bələdiyyələr birləşdirilərək sayı 1716-ya endirildi. Yeni qanuna əsasən, 21 rayon üzrə 204 bələdiyyə birləşdirilir və 94 yeni bələdiyyə yaradılır. Bununla da 110 bələdiyyə ləğv edilir"-deyən A.Rəhimzadə həmçinin qeyd edib ki, bu gün bələdiyyələrə torpaq xəritələrinin verilməsində müəyyən problemlər mövcuddur: "Bu, əsasən Bakıda böyük problemdir.
Bunun da əsas səbəbi burada dövlət və bələdiyyə əmlakının ayrılmasında çətinliyin olmasıdır”.

Qeyd edək ki, Ağcəbədi, Ağsu, Bərdə, Göygöl, Neftçala, Ucar rayonu üzrə 1, Ağdaşda 15, Astara, Xaçmaz, Qax, Samux, Balakən üzrə 2, Fizulidə 3, Goranboy, Quba, Şəmkir, Tərtər üzrə 4, Zaqatalada 6, Şamaxıda 8, Gədəbəydə 11, Qəbələ rayonu üzrə 19 bələdiyyə birləşdirilib.

Hər iki qanun layihəsi müzakirələrin sonunda parlamentin plenar iclasına tövsiyə olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.