Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə fövqəladə hallar nazirinin iki yeni müavini təyin edilib.
ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, dövlət başçısının imzaladığı sənədlərdə deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Tapdıq Əhliman oğlu Əmiraslanov Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilsin”.
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Teymur Ramiz oğlu Mehdiyev Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilsin”.
Prezidentin imzaladığı digər bir sərəncama əsasən, Teymur Mehdiyevə general-mayor ali hərbi rütbəsi verilib.