Xəbərlər

Fransanın “Arte” televiziya kanalında Azərbaycandan bəhs edən film yayımlanıb
05 may, 2014 16:03

Mayın 4-də Fransada və bir çox ölkədə yayımlanan “Arte” televiziya kanalında Azərbaycandan bəhs edən 54 dəqiqəlik “Qafqaza qayıdış” filmi nümayiş olunub.

ERtv AzərTAc-a istinadən xəbər verir ki, filmin əsas süjet xəttini 1850-ci ildə Azərbaycana səfərindən sonra 1858-ci ildə “Qafqaza səyahət” əsərini çap etdirən məşhur fransız yazıçısı Aleksandr Dümanın (Ata) gəzdiyi yerlər barədə fransız tamaşaçılarına ətraflı məlumatlar təşkil edib.

Aleksandr Düma Azərbaycana gənc fransız rəssamı ilə birlikdə səfər etdiyi kimi filmin ərsəyə gəlməsində xüsusi xidməti olan tanınmış fransız aktyoru Jerar Depardyö də Matyö Sapən adlı rəssamla birlikdə yazıçının olduğu yerlərə baş çəkib.

Filmdə, yazıçının ölkəmizlə tanışlığının Azərbaycan paytaxtından başlandığı qeyd olunub, Bakının ümumi mənzərəsi, xüsusilə gecəsi nümayiş etdirilib, qədim tarixi olan paytaxtımızda Şərqlə Qərb mədəniyyətinin qovuşduğu, sivilizasiya məskəni olduğu, İçərişəhərdəki memarlıq abidələrinin orta əsrlərə təsadüf etdiyi, Şirvanşahlar sarayının bənzərsiz arxitektura abidəsi olduğu, paytaxtımızın Xəzər dənizi sahilində yerləşdiyi, möhtəşəm Qız Qalasının Bakının keçmiş zəngin tarixindən xəbər verdiyi, ölkəmizin Odlar diyarı adlandırılmasının heç də təsadüfi olmadığı, şəhərin bir çox yerlərində daimi alovun şölələndiyi, Atəşgahın vaxtilə oda sitayiş edənlərin ziyarətgah yerinə çevrildiyi vurğulanıb.

Filmdə Bakının qədim dövrlərindən, XlX əsrin sonlarında neft istehsalından bəhs edən fraqmentlərlə yanaşı, müasir dövrdə neft quyularının yeni texnologiyanın köməyi ilə istismarı barədə məlumat verilib. “Neft daşları” ilə tanış olan aktyor onun dünyanın əsl möcüzəsi adlandırıb, paytaxtımıza xüsusi yaraşıq verən dənizkənarı bulvarın yay vaxtları sakinlərin mənalı istirahət guşəsinə çevrildiyini, Azərbaycan mətbəxinin zənginliyini, azərbaycanlıların qonaqpərvər və səmimi insanlar olduğunu qeyd edib.

Aleksandr Dümanın olduğu yerlərlə tanışlığı davam etdirən J. Depardyö Bakıdan sonra Şamaxıya səfər edib, yerli sakinlərin söhbətindən bu şəhərin vaxtilə Şirvan şahlarının paytaxtı olması, Azərbaycanın bir çox məşhur şairlərinin vətəni hesab edildiyi və A. Dümanın üç gün şəhərdə qonaq qaldığı barədə məlumat toplayıb.

Aktyorun növbəti tanışlığı A. Dümanın əsərində geniş bəhs edilən Şəki şəhəri ilə olub, Şəkidəki əzəmətli Xan sarayının onda xüsusi təəssürat yaratdığı diqqətə çatdırılıb, yerli adət-ənənələrdən danışılıb.

Daha sonra aktyor daima onu müşayiət edən və gördüklərinin eskizini çəkən rəssamla birlikdə çətinliklərə baxmayaraq yazıçının səfər etdiyi Qafqaz sıra dağlarının mənzərli yerləri ilə tanış olub.

Azərbaycan haqqında fransız tamaşaçılarına müəyyən məlumat vermək baxımından film mühüm əhəmiyyət kəsb edir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.