Xəbərlər

Bakıda II Milli Marketing Forumu keçiriləcək
05 may, 2014 15:56

29-30 may tarixlərində II Milli Marketinq Forumu (MMF2014) keçiriləcək.

Milli Marketinq forumu Marketing AİR, Facemark.az və Azərbaycanın ilk onlayn marektinq televiziyası olan Facemark.tv komandası, həmçinin ölkənin marketinq sferasında çalışan dostların birgə səyi nəticəsində illik olaraq keçirilir.

Bu ilin 29-30 may tarixində II Milli Marketinq Forumu 28Cinema-nın 260 nəfərlik 5-ci zalında keçiriləcəkdir. Bu il keçən ilki forumdan fərqli olaraq toplam 6 panel və hər paneldə ən az 5 spiker olmaqla, toplam 30-dan çox spikerin olması planlaşdırılıb.

Forumda Pərakəndə Ticarət Sektoru, Digital Marketinq, Marketinq Kommunikasiyaları, İstehlakçı Davranışları, Reklam Agentlikləri, Milli Keyslər kimi panellər olacaqdır ki, bütün panellər üzrə ana istiqamət TRENDLƏR seçilmişdir.

Foruma biletlər 28cinemanın kassalarında 01 maydan etibarən satışda olacaqdır.

MMF2014 fəlsəfəsi:

Marketinq insanlara təsir göstərmə sənətidir – insanların danışmasına və ya susmasına, bəzən onların sevinmələrinə və ya kədərlənmələrinə, bəzənsə sadəcə düşüncələrinə təsir göstərməkdir.

Marketerlər  - özlərini və digərlərini dərk edən, insanların resurslarını bir-birlərinə fayda verəcək şəkildə paylaşdıran və bunu niyə etdiyini insanlara çatdıranlardır. İnsanlar fərqlidir və marketerin işi hər bir insanın unikallığının fərqinə vararaq onlara lazım olan dəyərləri yaratmaq və insanların bu dəyərlərdən faydalanmasına zəmin yaratmaqdır.

Marketinq həm də ovdur – hədəflərini dərk edən, onları düzgün yönləndirən və onları lazımi istiqamətə aparan “ovçu”ların sevimli məşğuliyyətidir.

Bu ovçuların öz aralarında dialoqu və hədəflərini uzlaşdırması isə çox vacibdir.

Bunun üçün də, Azərbaycan marketinqinin ovçuları öz növbəti forumlarını keçirirlər. Forumun son məqsədi isə Azərbaycan cəmiyyətində lazımi dəyərlər yaratmaq üçün ortaq hədəflərin seçilməsi, marketinqin Azərbaycanda daha təbliğ olunmasıdır.

Milli Marketinq Forumu 2014 –  Trend ovunda! Gözləyin!

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.