Xəbərlər

Azərbaycan XİN: ABŞ-ın missiyası neytral vasitəçi olmaq və hər şeyi öz adı ilə çağırmaqdan ibarətdir
03 may, 2014 13:44

“ABŞ-ın missiyası neytral vasitəçi olmaq və hər şeyi öz adı ilə çağırmaqdan ibarətdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində neytral vasitəçi missiyasını yerinə yetirərkən isə hər şeyi öz adı ilə çağırıb, faktlara əsaslanmalıdır”.

ERtv APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin  

Amerika Erməni Milli Komitəsinin (ANCA) nümayəndələri ilə görüşünü şərh edərkən deyib.

E. Abdullayev bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı faktlar bütün beynəlxalq ictimaiyyətə məlumdur: “Bu faktlar isə ondan ibarətdir ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunub və azərbaycanlılara qarşı qanlı etnik təmizləmə həyata keçirilib. Məlum olduğu kimi, beynəlxalq təşkilatlar qətnamələrində Ermənistanı işğalçı siyasətə görə qınayır. Ermənistan isə təəssüf ki, beynəlxalq ictimaiyyətin bununla bağlı qəbul etdiyi sənəd və qərarları qulaqardına vuraraq, işğalçılıq siyasətini davam etdirir”.

XİN sözçüsü erməni lobbisinin bütün bəyanatlarının emosiyadan başqa bir şey olmadığını da vurğulayıb: “Fakt isə faktlığında qalır. Ümid edirik ki, ABŞ erməni lobbisinin şantaj və təzyiqlərinə boyun əyməyəcək”.

Qeyd edək ki, C. Uorlik Kaliforniyada ABŞ-dakı Azərbaycan icmasının üzvləri ilə də görüşüb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.