Azərbaycanda həbsdə olan vaxt hamiləliyə və doğuma görə müavinət veriləcək
04 may, 2014 13:41
Nazirlər Kabineti “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”ə dəyişiklik edib.
ERtv APA-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən, Əsasnamədə həbsdə olan vaxt, məhkəmə-tibb ekspertizası zamanı, habelə məhkəmənin qərarına görə məcburi müalicə (ruhi xəstələrdən başqa) zamanı hamiləliyə və doğuma görə müavinət verilməməsini nəzərdə tutan müddəa ləğv edilib.
Bundan sonra həbsdə olan vaxt, məhkəmə-tibb ekspertizası zamanı, habelə məhkəmənin qərarına görə məcburi müalicə (ruhi xəstələrdən başqa) zamanı hamiləliyə və doğuma görə müavinət veriləcək.