Çində körpü uçub, ən az 11 nəfər həlak olub
04 may, 2014 13:40
Çinin cənubunda Quandun əyalətinin Maomin şəhərindəinşa edilməkdə olan daş körpünün uçması nəticəsində azı 11 nəfər ölüb, bir neçə nəfər də xəsarət alıb.
ERtv-nin məlumatına əsasən körpünün uçmasına inşaat yerindəki maye qaz çəninin partlamasının səbəb olduğu bildirilir. Hadisə yerinə xeyli sayda yanğınsöndürən briqada cəlb edilib.
Çin televiziyasının rəsmilərə istinadən verdiyi məlumata görə, uçmuş körpünü inşa edən qurumun həmin inşaat işlərini aparmaq üçün lisenziyası olmayıb.