Xəbərlər

Deputatdan təklif: “Rusiya pasportu almağa müraciət edənlər Azərbaycan vətəndaşlığından çıxarılsın”
02 may, 2014 12:27

Millət vəkili Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı Rusiyada sovet pasportlarının SSRİ vətəndaşlarına verilməsi bağlı danışıb.

ERtv xəbər verir ki, millət vəkili xatırladıb ki, Azərbaycanda ikili vətəndaşlıq yoxdur.

“Təklif edirəm ki, Rusiya pasportu almağa müraciət edən şəxs Azərbaycan vətəndaşlığından çıxarılsın. Bu vətəndaşlarımızın təhlükəsizliyi ilə bağlıdır”.  

YAP-çı deputat Siyavuş Novruzov isə təklif edib ki, Azərbaycan XİN-i məlumat yaymalı və qeyd olunmalıdır ki, xarici dövlətin vətəndaşlığını qəbul etdiyi təqdirdə Azərbaycan vətəndaşlığına xitam veriləcək:  

“Bu məlumatı insanlara xəbərdarlıq etmək üçün yaymaq lazımdır. Çünki vətəndaşlarımızın çoxu bundan məlumatsızdır. Azərbaycan vətəndaşları müstəqilliyin, dövlətçiliyin və Prezidentin ətrafında bir olmalıdır. Biz görürük ki, ermənilərə işləyən və Azərbaycanda fəaliyyət göstərənlər var. Həmin insanların informasiyası əsasında dövlətlər Azərbaycan əleyhinə bəyanatlar yayırlar. Biz bu məsələdə ciddi olmalıyıq.

Artıq bəlli oldu ki, bu bəyanatların mənbəsi ermənilərdir. Biz heç nədən çəkinməməliyik. Burada Azərbaycan vətəndaşlarının təhlükəsizliyindən söhbət gedir. Bunu edən cəzasını almalıdır”.  

Spiker Oqtay Əsədov da Fazil Mustafanın təklifini dəstəkləyib və deyib ki, Azərbaycanda ikili vətəndaşlıq haqqında qanun yoxdur.   

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.