Gəncə Qənnadı fabrikində güclü yanğın başlayıb.
11:29
Gəncə Qənnadı fabrikində yanğın nəticəsində dörd inzibati otaq (müdir, müdir müavini, baş mühəndis və komendantın otaqları) yanaraq tam yararsız hala düşüb.
Alov ümumilikdə 178 kv. m sahəni əhatə edib. Mətbəxdə alovun mənbəyi aşkar edilərək söndürülüb və yanğının binanın 4-cü mərtəbəsinə keçməsinin qarşısı alınıb.
10:45
ERtv Kəpəz TV-ə istinadən xəbər verir ki, fabrikin 3-cü mərtəbəsində naməlum səbəbdən yaranan alov getdikcə güclənib.
Hadisə yerinə FHN-in Gəncə DYMH-nin 5 maşını və canlı qüvvəsi cəlb olunub. Həyata keçirilən tədbirlərə baxmayaraq, hələlik alovu ram etmək mümkün olmayıb.
Əksinə, yanğın getdikcə güclənir. Alovu ram etmək üçün tədbirlər davam etdirilir.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 2400 kv.m olan 4 mərtəbəli Gəncə qənnadı fabrikinin inzibati binasının 3-cü mərtəbəsində 50 kv.m sahədə yanğın hadisəsi baş verib.
Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür.