Xəbərlər

Türkiyə Prezidenti Gül ilə Baş nazir Ərdoğan arasında görüş keçirilib
02 may, 2014 12:14

Türkiyə Prezidenti Abdullah Gül ilə Baş nazir Rəcəb Tayyib Ərdoğan arasında növbəti həftəlik görüş keçirilib.

ERtv xəbər verir ki, liderlər bu dəfə axşam yeməyində bir araya gəliblər.

Türk mediasında yer alan xəbərlərə görə, Türkiyə Prezidenti Abdullah Gül Baş nazir Ərdoğanı qəbul edib.

Çankayadakı prezident iqamətgahında keçirilən görüş təxminən 2 saat davam edib. Görüşdən sonra hər hansı bir açıqlama verilməyib.

Hökumətə yaxın mənbələr, iki liderin qarşıdakı prezident seçkiləri üçün namizədlik məsələsini müzakirə etdiyini bildiriblər. Bundan əlavə Ərdoğanın parlament seçkisi sistemiylə bağlı dəyişiklər barədə Abdullah Gülün də fikrini öyrənməyə çalışdığı qeyd olunur.   

Xatırladaq ki, Baş nazir Ərdoğan Prezident Abdullah Gül ilə görüşdən əvvəl partiyasının (Ədalət və İnkişaf Partiyası - AK Parti) Mərkəzi İcraiyyə Komitəsinin iclasına sədrlik etmişdi. 2.5 saat davam edən iclasda da seçki sistemi və prezident seçkiləri müzakirə edilib.

Bu gün isə AK Partinin ən yüksək qərar orqanı olan Mərkəzi Qərarvermə və İdarə Heyətinin iclası keçiriləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.