Xəbərlər

Hərbi hissələrə Türk dünyasına aid kitablar hədiyyə edildi
01 may, 2014 17:48

Ön cəbhədəki hərbi hissələrə Türk dünyasına aid çoxlu sayda kitablar hədiyyə edilib.

Tovuzda hərbi hissədə keçirilən tədbirdə millət vəkili Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, TRT Bakı ofisinin rəhbəri Əmrah Timuçin Yazıcı, hərbi hissənin rəhbərliyi, əsgər  və hərbçilər iştirak ediblər.

Qənirə Paşayeva  çıxışında Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinə ön cəbhədə yerləşən hərbi hissələrimizə  ortaq tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, həqiqətlərimiz, dahi şəxsiyyətlərimiz, böyük qəhrəmanlarımıza aid, Türk dünyasına aid  çoxlu sayda kitablar hədiyyə etməsinə görə təşəkkür edib və bildirib ki, bu kitablar əsgər və hərbçilərimiz üçün çox gözəl hədiyyələrdir.

Millət vəkili bir millət iki dövlət olan Azərbaycan və Türkiyə gənclərinin bir-birinə sahiblənmə duyğuları ilə yetişməsi üçün ortaq tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi, böyük şəxsiyyətlərimizi yaxından tanıyıb bilməsinə böyük ehtiyac olduğunu deyib. O, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin xətti ilə ölkəmizə müxtəlif mədəniyyət tədbirləri çərçivəsində gələn sənət adamlarının Tovuz kimi ön cəbhə bölgələrində əsgər və hərbçilərimiz qarşısında da müxtəlif konsert və tədbirlərlə çıxış etməsinin vacibliyi barədə danışıb və gələn tədbirlərdə mütləq Tovuzda ön cəbhədə yerləşən hərbi hissələrin nəzərə alınmasını xahiş edib.  Millət vəkili Qənirə Paşayeva əsgərlərimizi xalqımızın qəhrəmanlıq yolunu, üzləşdiyi ağrı-acıları, faciələri, bir sözlə dostu-düşməni ayırmağa kömək edən bu cür kitabları oxumağa və öyrənməyə çağırıb.

Hərbi hissə rəhbərliyi çıxış edərək bu cür tədbirlərin, layihələrin önəmindən danışıb və bu işin təşəbbüs və təşkilatçılarına təşəkkürünü bildirib və bu kimi addımların davamlı olmasının önəmini qeyd edib. Əsgərlərimizi bu kitabları oxumağa səsləyən Seyid Əhməd Arslan kitab oxumağın önəmindən danışaraq hər bir gəncimizin tariximizi, mədəniyyətimizi,  ədəbiyyatımızı, həqiqətlərimizi oxuyub öyrənməsinin vacib olduğunu deyib. O, eyni zamanda Türkiyədən Azərbaycana gələn sənət qruplarının ön cəbhədə əsgər və hərbçilər üçün tədbirlərlə çıxış etməsi istiqamətində Qənirə Paşayevanın təkliflərini nəzərə alacaqlarını və əllərindən gələn dəstəyi göstərəcəklərini bildirib.

TRT Bakı ofisinin rəhbəri Əmrah Timuçin Yazıcı TRT kanalının hər zaman Azərbaycan həqiqətlərinin təbliği,  Qarabağ münaqişəsi ilə bağlı gerçəklərin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması istiqamətində daim fəaliyyət göstərdiyini, qardaş Azərbaycanın yanında olduğunu deyib. Tovuzda ön cəbhədə hərbi hissələrdə olmaqdan, əsgər və hərbiçilərlə görüşdən  məmnunluğunu ifadə edən TRT Bakı ofisinin rəhbəri  Tovuz, bu istiqamətdə  ön cəbhəmizi qoruyan dəyərli əsgər və hərbiçilərimizlə bağlı da proqramlar hazırlayaraq onların təkcə Türk Dünyasına deyil, dünyanın hər yerinə yayacaqlarını deyib.

Çıxışının sonunda Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri  Seyid  Əhməd  Arslana, TRT Bakı ofisinin rəhbəri Əmrah Timuçin Yazıcı ön  cəbhədə hərbi hissədə əsgər və hərbçilərmizlə bu cür tədbirdə iştirak  etdiklərinə və hər zaman fəaliyyətlərində Azərbaycanı Türkiyədən ayırmadıqlarını, iki qardaş ölkə arasında  əlaqələrin inkişafı üçün çalışdıqlarından ötrü  təşəkkür edən millət vəkili Qənirə Paşayeva "inşallah  bu cür  tədbirlərimizi Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edəcəyimiz gözəl torpaqlarımızda da keçirək".

Sonda Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan hərbi hissənin rəhbərliyinə və hərbi hissəyə hədiyyələrini təqdim edib. Millət vəkili Qənirə Paşayeva da özünün müəllifi olduğu kitabları əsgər və hərbçilərə hədiyyə edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.