Xəbərlər

10 il uşağı olmayanlara dövlət pulsuz süni mayalanma təklif edəcək
30 aprel, 2014 21:12

“Bu gün nikaha girənlərin 9-11%-nin uşağı olmur.

Yəni təxminən 9 min nəfər övladsız qalır. 10 il uşağı olmayanlara dövlət pulsuz süni mayalanma təklif edəcək”.

ERtv modern.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Millət vəkili bildirib ki, 10 ildən çox uşağı olmayan ailələrə dövlət vəsaiti hesabına süni mayalanma əməliyyatı tətbiq olunacaq: “Sözügedən əməliyyat çox bahalıdır. İmkansız, kasıb ailələr buna gedə bilmirlər. Düşünürük ki, belə bir dəstək olsun. Qanunda 10 ildən çox uşağı olmayan ailələrə süni mayalanmasının edilməsi nəzərdə tutulur. Bu müdaxilələr olarsa, övladı olmayan 11% -i aşağı endirə bilərik. Qanunda həmçinin aborta getməmək kimi məsələlər var. Qadınlara elə dərmanlar verilməlidir ki, arzuolunmaz hamiləliyin qarşısı alınsın”.

Hadi Rəcəbli onu da qeyd edib ki, qanunda süni mayalanma zamanı donorların yalnız azərbaycanlı olması ilə bağlı məsələ olmasa da, bununla bağlı hələlik heç bir nəticəyə gəlinməyib.

Dini nöqteyi-nəzərdən qanunda süni mayalanmanın tətbiq olunması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin də mövqeyinin müsbət olduğunu deyən deputatın sözlərinə görə, qanunda bütün bunlar nəzərə alınıb: “Süni mayalanma zamanı kənar şəxsin yalnız bir dəfə donor olmasına icazə veriləcək. Təbii ki, bunun da səbəbləri var. Gələcəkdə bir nəfərin bir neçə dəfə donor olması bacı-qardaş nikahlarına səbəb ola bilər. Şeyx də qanunda bir nəfərin bir neçə dəfə donor olmasına etiraz etdiyindən biz qanunda bu kimi problemləri nəzərə aldıq”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.