Xəbərlər

Qolf üzrə Azərbaycan turniri keçiriləcək
29 aprel, 2014 20:43

2012-ci ildə təsis edilən Azərbaycan Qolf Federasiyası, 2013-cü ilin sentyabr ayında inzibati binasının rəsmi açılışından sonra fəaliyyətə başlamışdır.

Federasiya çox qısa vaxt ərzində böyük uğurlara imza atmışdır.

Qubada ilk Milli Qolf Klubu yaradılmış və Federasiyanın nəzdində Bakı Qolf Akademiyası təsis edilmişdir.

Ölkəmizdə qolf idmanının yeni yarandığını nəzərə alan Azərbaycan Qolf Federasiyası  gənclərin təlimi sahəsində mühüm addımlar atmışdır.

Belə ki, Bakının müxtəlif məktəblərində keçirilən təlimlərdə 1000-dən çox şagirdə qolf idmanının əsasları öyrədilir. Qolf Akademiyasının yaradılması isə görülən mühüm tədbirlər sırasındadır. Bu gün çoxlu sayda gənclərin Qolf Akademiyasına gələrək, burada qolfun əsaslarını öyrənmələri sevindirici haldır.

Bu il ilk dəfə olaraq Azərbaycan Qolf Federasiyası tərəfindən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyacaq qolf üzrə Azərbaycan Turniri keçiriləcəkdir.

Heydər Əliyev adına Azərbaycan Turnirinin 6-7-8 iyun 2014-cü il tarixlərində Quba Milli Qolf Klubunda  keçirilməsi nəzərdə tutulur.

Tədbirə dünyanın müxtəlif ölkələrindən həvəskar qolfçular qatılacaq. Ölkə miqyasında belə bir yarışların keçirilməsi qolfun, idmanın bir növü kimi daha da populyarlaşmasında əhəmiyyətli rol oyanayacaq.

Azərbaycan Qolf Federasiyası xarici əməkdaşlığa da böyük önəm verir. Belə ki, Federasiyanın dəvəti ilə bu il fevralın 15-də Beynəlxalq “European Tour”un rəhbəri Nick Tarratt ilk dəfə Azərbaycana səfəri çərçivəsində Bakı Qolf Akademiyası, Qubadakı Milli Qolf Klubu ilə yaxından tanış olmuşdur.

Və bu səfərin nəticəsi kimi, Avropanın ən mötəbər qolf yarışlarının rəsmi təşkilatçısı olan “European tour” ilə bu ilin yay mövsümündə Azərbaycanda “Challenge Tour”-un keçiriləcəyi haqqında razılıq əldə olunmuşdur.

Qeyd edək ki, “European Tour” Avropada professional zəmində qolf yarışlarının keçirilməsinə 1986-cı ildən etibarən başlayıb və bu yarışlar müasir dövrümüzün ən mötəbər qolf yarışlarından hesab olunur.

 “Challenge tour” dünya çərçivəsində çox mötəbər bir qolf yarışı statusunu qazanmışdır. Yarışlarda qalib gələn yüksək pillələri qazanmış 15 oyunçu “European tour”-un növbəti mərhələsində iştirak hüququ qazanır və bu silsilədən olan oyunların keçiriləcəyi ölkələrdən biri olmaq, bu yarışlardan birinə ev sahibliyi etmək Azərbaycanda qolfun inkişafının bariz nümunəsidir.

Bu mötəbər beynəlxalq tədbir  2014-cü ilin 30 iyul – 3 avqust 2014 tarixlərində, Quba şəhərində, 18 dəlikli, dünya standartlarına cavab verən Milli Qolf Klubunda baş tutacaq. Tədbirə dünyanın müxtəlif ölkələrindən gəlmiş 72 qolfçu qatılacaq. Bundan əlavə, bu tədbir çərçivəsində Azərbaycan Qolf Federasiyasının dəvəti ilə Avropa ölkələrindən mötəbər qonaqlar doğma Azərbaycanımızı ziyarət edəcəklər.

Azərbaycan Qolf Federasiyasının məqsədi 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında azərbaycanlı qolfçulardan ibarət komandanın iştirakını təmin etməkdir.

Qolf  2012-ci ildən Olimpiya oyunları siyahısındadır və buna görə də, Azərbaycanın Qolf Federasiyası yeniyetmələrdən ibarət milli yığmanın və Olimpiya yığmasının yaradılması istiqamətində ciddi şəkildə iş aparır.

İnanırıq ki, bu sahədə aparılan işlər səmərəli olacaq və qısa bir müddətdə Azərbaycanda qolf idmanı üzrə tanınmış simalar yetişəcəklər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.