Bakıda “Gənc Gitaraçılar”ın konserti keçirilib
29 aprel, 2014 20:42
Azərbaycan Turizm İnstitutunda “Gənc Gitaraçılar” layihəsinin konserti baş tutub.
ERtv xəbər verir ki, layihə Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub.
Layihə rəhbəri Rəhim Ağamirzəyevin sözlərinə görə, əsas məqsəd gənc musiqiçilərin istedadlarını üzə çıxarmaqdır.
50-yə yaxın gənc musiqiçi layihəyə qoşulub və simli alətlər üzrə mütəxəsssislərdən ibarət münsiflər heyəti tərəfindən ifaçılar qiymətləndirilib.
Gənc gitara ifaçıları arasından seçilmiş tələbələrin layihə çərçivəsində konserti təşkil olunub və konsertdə qalib olan ifaçılar diplom və qiymətli hədiyyələr ilə mükafatlandırılıb.