Xəbərlər

Leyla Yunus sərbəst buraxıldı
29 aprel, 2014 20:41

Hüquq müdafiəçisi Leyla Yunus Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirildikdən sonra sərbəst buraxılıb.

Bu barədə ERtv-yə L.Yunusun vəkili Xalid Bağırov məlumat verib.

Vəkil qeyd edib ki, az sonra L.Yunusun ofisində axtarış keçiriləcək.

Onun sözlərinə görə, L.Yunus az əvvəl həbs edilən jurnalist Rauf Mirqədirocun işi üzrə şahid qismində dindirilib və ona verilən suallar əsasən onun QHT fəaliyyəti və erməni QHT-ləri ilə əməkdaşlığa dair olub.

Xatırladaq ki, aprelin 19-da Türkiyədən deportasiya edilən R.Mirqədirov Bakıda həbs edilib.

Baş prokurorluğun məlumatına əsasən, o Cinayət Məcəlləsinin Dövlətə xəyanət maddəsi ilə ittiham olunur.

Leyla Yunus və həyat yoldaşı Arif Yunus aprelin 28-də Bakı aeroportunda Doxaya, oradan da Parisə uçmaq istəyərkən geri qaytarılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.