Xəbərlər

İlham Əliyev bir sıra dövlətlərin keçmiş prezidentlərini qəbul edib
27 aprel, 2014 14:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Finlandiya Respublikasının keçmiş Prezidenti xanım Tarya Haloneni qəbul etmişdir.

ERtv AzərTAc-a istinadən xəbər verir ki, Finlandiya Respublikasının keçmiş Prezidenti xanım Tarya Halonen dünyada dərin maliyyə və iqtisadi böhranın hökm sürdüyü dövrdə Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurların onda dərin təəssürat yaratdığını dedi.

Dövlətimizin başçısı ölkəmizdə bütün sahələrdə olduğu kimi, iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun inkişafına böyük önəm verildiyini vurğuladı.

Görüşdə Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun əhəmiyyətindən danışıldı.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Bolqarıstan Respublikasının keçmiş Prezidenti Petar Stoyanovu qəbul etmişdir.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndiyi vurğulandı, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun əməkdaşlığın möhkəmləndirilməsinə dair müxtəlif məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağı bildirildi.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Moldova Respublikasının keçmiş Prezidenti Petru Luçinskini qəbul etmişdir.

Keçmiş Prezident Petru Luçinski Azərbaycanın böyük şairi, dahi Nizami Gəncəvinin Moldovada dörd dildə nəşr olunmuş müdrik kəlamlarından ibarət kitabı dövlətimizin başçısına təqdim etdi.

Görüşdə Azərbaycan ilə Moldova arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olundu.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Rumıniyanın keçmiş Prezidenti Emil Konstantineskunu qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin hərtərəfli inkişafından məmnunluq ifadə edildi, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olundu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Rumıniyanın keçmiş Prezidenti Emil Konstantineskunu qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin hərtərəfli inkişafından məmnunluq ifadə edildi, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olundu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Latviya Respublikasının keçmiş Prezidenti Valdis Zatlersi qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etdiyi razılıqla qeyd olundu, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun nəticələrinin uğurlu olacağına əminlik ifadə edildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Estoniya Respublikasının keçmiş Prezidenti Arnold Rüüteli qəbul etmişdir.

Estoniya Respublikasının keçmiş Prezidenti Arnold Rüütel dünyada iqtisadi və maliyyə böhranının hökm sürdüyü bir vəziyyətdə Azərbaycanda əldə olunan yüksək iqtisadi nailiyyətləri fenomen adlandırdı.

Görüşdə ikitərəfli münasibətlərimizin inkişafının razılıq doğurduğu bildirildi, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun regional və beynəlxalq əməkdaşlıqla bağlı qarşılıqlı fikir mübadiləsi aparılması baxımından əhəmiyyəti qeyd olundu.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.