Xəbərlər

“Brilyant əl” filminin ekranlara çıxmasından 45 il ötür
28 aprel, 2014 14:31

Düz 45 il öncə bu gün rejissor Leonid Qaydayın “Бриллиантовая рука” (“Brilyant əl”) filmi ekranlara çıxdı.

ERtv xəbər verir ki, bəzi epizodları Bakıda – İçərişəhərdə aparılan filmdə sovetlər birliyinin tanınan və sevilən aktyorları Yuri Nikulin (Semyon Semyonoviç Qorbunkov), Anatoli Papanov (şefin köməkçisi), Andrey Mironov (Geşa), həmçinin Nina Qrebeşkova (Nadya), Nonna Mordyukova (Varvara Plyüş), Svetlana Svetliçnaya (Anna Sergeyevna), Stanislav Çekan (Mixail İvanoviç), Vladimir Qulyayev (Volodya), Yevgeniya Melnikova (Mariya Nikolayevna), Nikolay Romanov (şef), Qriqori Şpigel (İstanbuldakı qaçaqmalçı), Leonid Kanevski (İstanbuldakı qaçaqmalçı) çəkilib.

Kollektivdə ən ciddi işçilərdən olan Semyon Semyonoviç Qorbunkov laynerdə xarici ölkələrdən birinə turist səfərinə gedir. Şərq ölkəsinə səfər zamanı o, təsadüfən sürüşərək qolunu əzir. Yıxılan zaman dediyi “чёрт побери” (“lənət şeytana”) sözü, sən demə, qaçaqmalçıların şifrəsi imiş. Beləliklə, onu tez gətirib qoluna gipslə qızıl və brilyantlar bağlayırlar. Bu zaman Semyon bir anlıq özünə gəlir və baş verənləri görür.

Əsl qaçaqmalçı Geşa isə əslində, Qorbunkovun getdiyi gəmidə qonşu koyutdadır. Kontrabandaçılara hər şey aydın olandan sonra onlar elə bilirlər ki, Qorbunkovun qaçaqmaldan xəbəri yoxdur. Lakin Semyon Semyonoviç bütün olanları polisə xəbər verir.

Komediya janrında olan bədii film 1968-ci ildə “Mosfilm” kinostudiyası və “Luç” yaradıcılıq birliyi tərəfindən ərsəyə gəlib.

Ssenari müəllifləri Moris Slobodskoy, Yakov Kostyukovski, Leonid Qaydaydır.

Filmdə yadda qalan məqamlar:

Andrey Mironov kimsəsiz, adaya düşərkən, “Xilas edin! Kömək edin! Anacan!” deyə, bağırmasına həqiqətən də qayıqlı xilasedicilər gəlib.

Filmin balıq tutulan səhnəsinin çəkilişləri zamanı suyun temperaturu +8 dərəcə olub. Növbəti uğursuz dubldan sonra suda donan Anatoli Papanov operatora “tfu, axmaq” deyə acıqlanıb və rejissor məhz bu hissəni filmə əlavə etmək qərarına gəlib.

“Qorizont” mehmanxanasının zirzəmisində Nikulinin əkizi saxlanılırdı – Qorbunkovun xüsusi materialdan hazırlanmış maketi. Semyon Semyonoviç “Moskviç”in yük yerindən yıxılanda, həmin maketi 500 metr yüksəklikdən aşağı atmalı idilər.  

Xadimə zirzəmini süpürərkən, maketin üstünə sərilmiş mələfəni qaldırır və donub qalır – Nikulin onun qarşısında uzanıb qalıb. Bir saatdan sonra isə sevimli artistin ölümü haqqında xəbər bütün şəhərə yayılır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.