Xəbərlər

Bakıda təkrarolunmaz fleşmob keçirilib
28 aprel, 2014 14:30

Bakının mərkəzi yerlərindən birində qeyri-adi və təkrarolunmaz fleşmob keçirilib.

ERtv xəbər verir ki, ilk dəfə fleşmobda klassik musiqi alətləri kreativ və qeyri-adi şəkildə ifa edilərək Bakı sakinlərini təəccübləndirib.

Layihə Azərbaycanın dahi ədəbiyyat xadimi Füzulinin 520 illik yubileyinə həsr olunub.

Bir qrup musiqiçi Füzulinin heykəli yaxınlığında öz alətlərini çıxararaq klassik musiqi ifa etməyə başlayıb. Müxtəlif anlarda digər musiqiçilər də onlara qoşularaq böyük orkestr yaradıb və milli musiqi kompozisiyasını birgə ifa edib.

Ümumilikdə 20-dən artıq ifaçı 15 müxtəlif alətdə “Arşın mal alan” operasından musiqi parçası ifa edib. Həmin vaxt ətrafda olanlar nəyin baş verdiyini anlamayıb, müxtəlif baxışlarla həmin musiqi parçasını dinləyərək, böyük təəccüb keçiriblər.

Qeyd edək ki, layihə Gənclər Fondunun dəstəyi ilə keçirilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.