Xəbərlər

Heydər Əliyev Mərkəzinin binası üzərində video installyasiya nümayiş etdirilib
28 aprel, 2014 14:28

Aprelin 27-də Heydər Əliyev Mərkəzinin binası üzərində video installyasiya nümayiş etdirilib.

ERtv xəbər verir ki, installyasiyasının süjet xəttini Azərbaycan mədəniyyət və incəsənət tarixinə səyahət təşkil edib.

Paytaxt sakinləri 15 dəqiqəlik şou ərzində Qobustan qayaüstü rəsmlərinin yarandığı dövrdən bu günə qədər Azərbaycanın xalçaçılıq sənəti, ədəbiyyatı, musiqisi və rəssamlığının ən müxtəlif mərhələlərini müasir audio-vizual formatda izləyiblər.

Azərbaycan mədəniyyət tarixinin görkəmli simaları Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Xurşudbanu Natəvan, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tahir Salahov, Toğrul Nərimanbəyov, Bülbül, Müslüm Maqomayev, Rəşid Behbudov və digərlərinin portretləri, eləcə də onlara ölməzlik qazandıran əsərlərinə aid təsvirlər nümayiş etdirilib.

Video installyasiya Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın üçrəngli bayrağının fonundakı portretinin nümayişi ilə başa çatıb.  

İnstallyasiya tanınmış pianoçu və bəstəkar İsfar Sarabskinin musiqisinin müşayiəti ilə təqdim olunub.

Qeyd edək ki, video installyasiya “Hypnotica Visual Performance” komandası tərəfindən təqdim edilib

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.