İtkin düşən Göyçay sakininin meyiti tapılıb
25 aprel, 2014 14:23
Ötən il itkin düşən şəxsin meyiti tapılıb.
ERtv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, dünən Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində ötən il aprelin 9-dan itkin düşmüş rayon sakini Sərdar Abdullayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
İlkin ehtimala görə, S.Abdullayev kanala düşərək boğulub.