Dəhşətli faciə: 1 yaşlı uşaq yanaraq can verdi
28 aprel, 2014 14:21
Sabirabadda körpə uşaq yanaraq dünyasını dəyişib.
ERtv xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, hadisə Sabirabad rayonu, Axısxa kəndində baş verib.
Sakinlərdən birinin 90 kv.m olan birmərtəbəli 2 otaqlı ev 70 kv.m sahədə yanıb. Yanğın zamanı 2013-cü il təvəllüdlü Davitadze Hüseyn Rasim oğlu yanıq xəsarətləri alıb.
Uşaq valideynləri tərəfindən xəstəxanaya aparılarkən yolda keçinib.
Yanğının səbəbi bilinmir.