Türkiyə prezidenti də “selfie” çəkdirdi
28 aprel, 2014 14:18
Türkiyə prezidenti Abdullah Gül jurnalistlərlə birgə “selfie” çəkdirib.
ERTv Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident türkmənistanlı həmkarı Qurbanqulu Berdimuhamedovun dəvəti ilə Aşqabada gəlib.
A.Gül Türkmənistana Atçılıq Bayramı şənliklərinə qatılmaq üçün səfər edib.
O, keçirdiyi görüşlər əsnasında bir oteldə jurnalistlərin xahişini yerə salmayıb. “Selfie” çəkdirməyə razılıq verən prezidentin bu fotosu qısa müddət ərzində sosial şəbəkələrdə yayılmağa başlayıb. Böyük marağa səbəb olan foto sosial şəbəkələrdə xeyli sayda insan tərəfindən bəyənilib.