Hindistada bir kəndin sakinlərinin əksəriyyəti bir ailənin üzvləridir
27 aprel, 2014 14:16
Hindistanın şərqindəki kiçik Baktaving kəndinin sakinlərinin əksəriyyəti bir ailənin üzvləridir.
Adət və ənənələri ilə ətrafdakı kəndlərdən təmamilə fərlənən bu kənddə çoxarvadlılıq qanun şəklini alıb.
Baktaving kəndinin başçısı hesab edilən 69 yaşlı Ziona adlı şəxsin 38 arvaddan 73 uşağı var. Onun böyük oğlu 53, kiçiyi isə 7 yaşındadır.
Böyük bir ailə başçısı 48 nəvəsi və 7 nəticəsi ilə həmişə fəxr etməyi sevir. 162 nəfərlik ailə təpədə tikilən bənövşəyi rəngli və çoxlu sayda otaqları olan evdə yaşayır.
Dünyada sayına görə ən böyük hesab olunan bu ailə ilə tanış olmaq üçün müxtəlif qitələrdən onlarla jurnalist kəndə səfər edirlər. Ailənin başçısı Ziona bundan gəlir mənbəyi kimi istifadə edir.