Azərbaycanda papiros və siqaret istehsalı artıb
25 aprel, 2014 14:11
Qida, içki və tütün məmulatlarının istehsalı müəssisələri tərəfindən 646,3 milyon manat həcmində məhsul istehsal edilib.
ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə qida məhsullarının istehsalında 2,5 faiz artım, içki istehsalında 9,0 faiz, tütün məmulatlarının istehsalında isə 0,9 faiz azalma müşahidə olunub.
Yanvar-mart ayları ərzində 364,5 ton fermentləşdirilmiş tütün istehsal olunub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33,2 faiz azalma olduğunu göstərir.
Həmçinin bu müddətdə ölkədə 481,8 milyon milyon ədəd papiros və siqaret istehsal olunub ki, bu da illik 12,2 faiz artım deməkdir.