Xəbərlər

Tikinti materialları istehsalı artıb
28 aprel, 2014 14:10

Birinci rübdə tikinti materialları sənayesi müəssisələri tərəfindən 80,6 milyon manat həcmində məhsul istehsal edilib.

ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, beləliklə də istehsal edilmiş məhsulların həcmində əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,8 faiz artım qeydə alınıb.

Statistikaya əsasən birinci rübdə 558,1 min ton sement, 26,5 min ton tikinti gipsi, 87 min ton asfalt istehsal olunub.

Ümumiyyətlə, yanvar-mart aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 8,2 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 21,0 faizini təşkil edib, qida, toxuculuq, geyim, ağac emalı və ağacdan məmulatların, kimya, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım müşahidə edilib.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-mart aylarının səviyyəsini 6,8 faiz üstələyib, neft-qaz sektorunda isə 3,6 faiz azalıb. Ümumi sənaye istehsalının 93,0 faizi malların (əmtəələrin), 7,0 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 80,2 faizi özəl bölmədə istehsal olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.