Xəbərlər

Bakıda ən bahalı və ən ucuz torpaq hansı rayonlardadır?
26 aprel, 2014 14:09

Hazırda torpaq bazarında ən aktiv rayonlar Xəzər, Abşeron, Sabunçu, Qaradağ və Suraxanı rayonları, ən passiv rayon isə Nəsimi və Nərimanov rayonlarıdır.

ERtv xəbər verir ki, “MBA Consulting Group”un mütəxəssislərinin araşdırmasına görə, ötən ilin mart ayında olduğu kimi, bu ilin mart ayında da yay fəslinin yaxınlaşması ilə əlaqədar torpaq bazarında aktivlik və qiymətdə artım müşahidə olunub.

Torpaq bazarında aparılan müşahidələrin nəticəsinə görə torpaq sahələrinin satış müddəti (ekspozisiyası) ötən aya nisbətən -0,63% azalıb.

 Mart ayı ərzində bazara təklif еdilən ən bahalı torpaq sahəsi Nərimanov rayonunda, Həsən Əliyev (İnqilab) küçəsində (222 930 $/sot), ən ucuz torpaq sahəsi isə Sabunçu rayonunda, Vişnyovka adlanan qəsəbədə (1019$/sot) qеydə alınıb.

Mart ayı ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 6,07% artaraq 17 884 dollar/sot səviyyəsindən 18 969 dollar/sot səviyyəsində qərarlaşıb.

2014-cü ilin mart ayında Bakı şəhərinin əksər rayonları üzrə qiymət artımı müşahidə olunmasına baxmayaraq Binəqədi, Nərimanov və Səbail rayonlarında qiymət azalması müşahidə olunub.

Qeyd edək ki, əvvəlki fevral ayında da bu rayonlarda qiymət artımı qeydə alınıb. Qiymət azalması isə əsasən mərkəzi rayonlarda qeydə alınıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.