Azərbaycan bu gün bir sıra dövlətlərin bəlli səbəblər və proseslər üzündən yaşadığı böhranları heç bir zaman yaşamayacaq.
Bunu ERtv-yə açıqlamasında hakim partiyadan olan millət vəkili Aydın Mirzəzadə dilə gətirib.
“Heç şübhəsiz ki, bu vəziyyət-yəni, Azərbaycandakı daxili sabitlik, inkişaf da xaricdə müəyyən dairələrə sərf etmir”-deyən millət vəkilinin sözlərinə görə, bu baxımdan, həmin qüvvələr tərəfindən vaxtaşırı Azərbaycanda “5-ci kolon” yaratmaq cəhdləri işə salınır.
“Vaxtaşırı kimlərsə ələ alınır və yaxud da ki, Azərbaycanda cəmiyyətdə bir xof əhval-ruhiyyəsi yaratmaq istəkləri işə salınır. Ancaq bugünkü Azərbaycan cəmiyyəti artıq kifayət qədər püxtələşib.
Özünün seçimini edə bilir. 5-10 nəfər aldana bilər, amma, ümumiyyətlə, cəmiyyəti aldatmaq, cəmiyyəti səhv yola aparmaq artıq qeyri-mümkün olan bir məsələdir”-deyə, millət vəkili sözlərinə əlavə edib.