Vüqar Haşımov memorialının 4-cü turu çərçivəsində Azərbaycanın qrosmeysteri Teymur Rəcəbov Xikaru Nakam Uro ilə heç-heçə oyundan sonra qarşılaşma ilə əlaqədar öz fikrini bölüşüb.
ERtv turnirin rəsmi saytına istinadən xəbər verir ki, turnir haqqında Rəcəbov bildirib: “ Qara fiqurlarla oyunda vəziyyət fərqlidi. Düşünürəm ki, partiyanın heç-heçə nəticələnmısi gözlənilən oldu. Qələbə ehtimalı yox idi. Bəlkə də mən həmin gedişləri görməmişəm. Sabah Karlsenlə qarşılaşma olacaq. Mən başqa partiyalara diqqət etmirəm. Öz oyunum mənim üçün əsasdır. Hər bir rəqibə qarşı oyuna maksimal səviyyədə hazırlaşıram. Ona görə də partiyaları rəqiblərə görə fərqləndirmirəm. Bu günə qədər karyeramda yetərincə qələbəm olub. Sonuncu dəfə Avropada komanda çempionatında qalib olmuşam. Movsesyanla uğurlu partiyam olub. Həmin turnirdə Azərbaycan yığması çempion olub. Son 6 ayda heç bir oyuna qatılmadığımı görə təbii ki, qələbəm də olmayıb. Mən karyeramı bitirmək haqqında düşünmürəm. Qarşıda bizi qələbələr uğurlar gözləyir.”