Xəbərlər

Rəsmi açıqlama: Yanan neft çəni SOCAR-a məxsusdur
24 aprel, 2014 11:55

Bakının Səbail rayonu Bayıl qəsəbəsində neft çənində partlayış olub.

11:12

Bayıl qəsəbəsindəki yanğın söndürülüb.

SOCAR-ın mətbuat xidmətinin rəhbəriNizaməddin Quliyev ERtv-yə bildirib ki, yanan çən SOCAR-ın Bibiheybətdəki neft yığma mənətəqəsindəki 14 saylı çəndir.

Onun sözlərinə görə, hadisənin baş vermə səbəbləri məlum deyil:

“Çəndə məhsul olmayıb. Çənin dibindəki qalıntılar yanıb. Yanğın artıq söndürülüb. Xəsarət alan yoxdur” – deyə, N.Quliyev sözlərinə əlavə edib.

10:09

ERtv-yə bu barədə Səbail rayon yanğından mühafizə xidmətindən məlumat verilib. Bildirilib ki, yanan çən Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

SOCAR-dan isə ERtv-yə bildirilib ki, həmin çən onların balansında deyil.


Hadisə barədə saat 10:03-də məlumat daxil olub. Yanğın yerinə Səbail və digər yaxın rayonlardan ümumilikdə 10-dan çox yanğınsöndürən maşın göndərilib.

Yerli sakinlərdən bəzilərinin facebook sosial şəbəkəsində yazdıqlarına görə, yanğından əvvəl partlayış baş verib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.