Xəbərlər

Azay Quliyev Şirvanda seçiciləri ilə görüşdü
23 aprel, 2014 10:05

Milli Məclisin deputatı Azay Quliyev Şirvan şəhərində seçiciləri ilə növbəti görüşünü keçirib.

Gənclərin sayca üstünlük təşkil etdiyi görüşdə millət vəkili əvvəlcə qəbula gələn Şirvan sakinlərinin müraciət və şikayətlərini dinləyib və üzləşdikləri problemlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edib.

ERtv xəbər verir ki, daha sonra Şirvan gəncləri ilə səmimi söhbət edən millət vəkili onları narahat edən məsələlərlə maraqlanaraq, qarşılaşdıqları problemlər, Şirvan şəhərinin ictimai-siyasi həyatında daha aktiv iştirakları üçün rəy və təkliflərini dinləyib.

Görüş zamanı uğurlu dövlət-din siyasətinin nəticəsi kimi ölkəmizdə dini tolerantlıq mühitinin yaradıldığı, dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun tənzimləndiyi barədə fikir mübadiləsi aparılıb, millət vəkili Şirvan şəhərində qeyri-ənənəvi təriqətlərin təbliğatının qarşısının alınmasında, milli-mənəvi dəyərlərin və tolerant mühitin qorunub saxlanmasında gənclərin daha aktiv fəaliyyət göstərmələrinin vacibliyini bildirib.

A.Quliyev gənclər tərəfindən irəli sürülən mədəni tədbirlərin keçirilməsi, kütləvi idman yarışlarının təşkili, böyük beynəlxalq layihələrin şəhər gənclərini əhatələməsi istiqamətində verilən təklifləri ətraflı araşdıracağını və onların tezliklə həllinin tapılması üçün müvafiq addımlar atacağını bildirib.

Elə həmin gün Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində A.Quliyevin təşəbbüsü ilə xarici donorların maliyyə vəsaiti hesabına tikiləcək tibb məntəqəsinə ayrılan ərazidə olub, qəsəbə bələdiyyə sədri və İH nümayəndəsi ilə texniki-təşkilati məsələləri müzakirə edib.

Görüşlərdə Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavinləri Samid Abıyev və Elmira Ağayeva iştirak ediblər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.