Xəbərlər

XİN: Rusiya Xəzər problemlərinin müzakirəsi üçün yeni müstəvilərin yaradılmasına tərəfdardır
22 aprel, 2014 15:31

Rusiya Federasiyası Xəzər problemlərinin müzakirəsi üçün yeni müstəvilərin yaradılmasına tərəfdardır.

ERtv APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey LavrovXəzəryanı ölkələrin XİN rəhbərlərinin Moskvada keçirilən toplantısında deyib.

S. Lavrov bildirib ki, 2010-cu ildə Bakıda keçirilmiş III Xəzər sammiti zamanı dövlət başçıları Xəzərin hüquqi statusunun müəyyənləşməsi sahəsində bir sıra konkret vəzifələr müəyyənləşdiriblər. Bu vəzifələr akvatoriyanın delimitasiyasının perimetrlərinin işlənib hazırlanmasını, Xəzərdə təhlükəsizliyə dair sazişin həyata keçirilməsinə başlanmasını, nərəkimilərin ovlanmasına moratorium qoyulması üçün mexanizmin hazırlanmasını və müvafiq komissiyanın statusunun yüksəldilməsini nəzərdə tutur.

S. Lavrov əlavə edib ki, nazirlərin görüşündə bu tövsiyələrin həyata keçirilməsinin gedişi müzakirə olunacaq və əsas istiqamətlər müəyyənləşəcək.

“Aydın olan budur ki, hamıya aid olan ümumi Transxəzər gündəmi qarşılıqlı fəaliyyət mexanizminin möhkəmlənməsini və mümkündürsə, aparılan işlərin effektivliyini yüksəltmək məqsədilə danışıqlar üçün yeni müstəvilərin yaradılmasını diktə edir”.       

Qeyd edək ki, Moskvada Xəzəryanı ölkələrin xarici işləri nazirlərinin konfransı keçirilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.