Bakıda möhtəşəm video-mapping installyasiyası olacaq
22 aprel, 2014 15:24
Heydər Əliyev Mərkəzində möhtəşəm video-mapping installyasiyası olacaq.
ERtv buro247.az-a istinadla xəbər verir ki, “White Sign” installyasiyasının süjeti Qobustan qayaüstü rəsmlər zamanından başlayaraq, bizim günlərə qədər Azərbaycanda müxtəlif incəsənət sahələrinin ən parlaq və əhəmiyyətli anlarına səyahət ideyasından ibarətdir.
Möhtəşəm şounun musiqi müşayiətinin müəllifi tanınmış pianoçu və bəstəkar İsfar Sarabskidir.
“White Sign” installyasiyasının müəllifi Cavid Quliyev, 2D rəssam və illüstratoru Aygün Həsənova, rəssamları Ağarəhim İbrahimov, Cavid Quliyev, art direktoru Anfisa Bessonova, texniki direktoru isə Anar Qurbanovdur.
Nümayiş aprelin 27-də saat 22:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.