Boksçularımız Dünya Çempionatının dörddə bir finalına çıxıb
21 aprel, 2014 11:51
Sofiya şəhərində boks üzrə dünya çempionatı davam edir.
ERtv Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq 3 nəfər idmançımız dörddə bir final mərhələsinə vəsiqə qazanıb.
1/8 finalda boksçularımızdan Məsud Yusifzadə (52 kq) özbəkistanlı boksçu Abdulhay Şarahmatova, Cavid Quliyev (64 kq) Özbəkistandan Mahmud Qaipova, Rüfət Hüseynov isə rusiyalı Svyatoslav Varankinə qalib gəlib.
Təəssüf ki, idmançımız Şamil Əliyev (75 kq) Qazaxıstandan olan idmançı Bekjan Bakirova məğlub olaraq oyunu tərk edib.