Xəbərlər

İstanbulda Məhəmməd Hüseyn Şəhriyarın xatirəsi anılıb
21 aprel, 2014 11:49

İstanbuldakı “Kultur A.Ş.” Mərkəzində Azərbaycanın böyük şairi Məhəmməd Hüseyn Şəhriyarın vəfatının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

ERtv Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Türkiyə-Azərbaycan Dərnəyinin (İST-TAD), Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və İstanbul Böyük Şəhər Bələdiyyəsinin təşkil etdiyi mərasim filologiya üzrə fəlsəfə doktoru Esmira Fuadın “Məhəmməd Hüseyn Şəhriyar” kitabının Türkiyə nəşrinin təqdimatı ilə başlayıb.

Daha sonra iştirakçılar Məhəmməd Hüseyn Şəhriyar haqqında sənədli film izləyiblər. İST-TAD-ın rəhbəri Səfər Qaraqoyunlu, “Kultur A.Ş” Mərkəzinin baş direktoru Nevzat Kütük, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun konsulu Emma Heydərova, professor Məhəmməd Nur Doğan, Esmira Fuad və başqaları ustad şair Şəhriyarın yaradıcılığı haqqında fikirlərini paylaşıb.

Qeyd olunub ki, Şəhriyarın bədii yaradıcılığı Azərbaycana tükənməz sevgi, xalqına və Vətəninə ehtiram dolu misralarla zəngindir. Bildirilib ki, Şəhriyar müasir Azərbaycan ədəbiyyatında təkrarolunmaz simadır. O, özünəməxsus yaradıcılığı, rəvan dili, sadə və yaddaqalan ifadələri ilə ədəbiyyatımızın inkişafına böyük töhfələr verib.

Çıxışlardan sonra mərasim bədii hissə ilə davam edib. İstanbulun məşhur “Qafqaz ulduzları” rəqs qrupunun ifaları, rəngarəng musiqilər maraqla qarşılanıb. “Kultur A.Ş” Mərkəzində Şəhriyarın həyat və yaradıcılığından ibarət rəsmlər də sərgilənib. Tədbirdə iştirakçılara müəllifin imzası ilə kitablar hədiyyə edilib.

Anım mərasimində Azərbaycan diasporunun nümayəndələri, İstanbuldakı diplomatik korpusun təmsilçiləri, Türkiyə ictimaiyyətinin tanınmış simaları, elm və mədəniyyət xadimləri, müxtəlif təhsil ocaqlarının müəllim və tələbələri, jurnalistlər iştirak edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.