Xəbərlər

Azərbaycanda avtomobil istehsalı artıb
21 aprel, 2014 11:45

Birinci rübdə maşın və avadanlıqların istehsalı, nəqliyyat vasitələri, avtomobil və qosquların istehsalı müəssisələri tərəfindən 90,5 milyon manatlıq məhsul istehsal edilib.

ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalında 10,8 faiz, nəqliyyat vasitələrinin istehsalında 3,5 dəfə, avtomobil və qoşquların istehsalında isə 2,8 dəfə artım müşahidə olunub.

Ümumiyyətlə, yanvar-mart aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 8,2 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 21,0 faizini təşkil edib, qida, toxuculuq, geyim, ağac emalı və ağacdan məmulatların, kimya, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım müşahidə edilib.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-mart aylarının səviyyəsini 6,8 faiz üstələyib, neft-qaz sektorunda isə 3,6 faiz azalıb. Ümumi sənaye istehsalının 93,0 faizi malların (əmtəələrin), 7,0 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 80,2 faizi özəl bölmədə istehsal olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.