Xəbərlər

Əməkdar Artist Fidan Hacıyeva Heydər Əliyev Sarayında geniş konsert proqramı ilə çıxış edib
20 aprel, 2014 10:22

Aprelin 19-da Heydər Əliyev Sarayında Əməkdar Artist Fidan Hacıyevanın “Sevgili canan” adlı solo konserti olmuşdur.

ERtv xəbər verir ki, müğənnini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının 150 nəfərdən ibarət simfonik orkestri müşayiət etmişdir.

Nəfis səhnə tərtibatı ilə diqqəti cəlb edən Heydər Əliyev Sarayında Fidan Hacıyeva ötən çıxışlarında olduğu kimi, bu dəfə də ayrı-ayrı bəstəkarların musiqi əsərləri ilə yanaşı, yeni işıq üzü görmüş musiqi albomuna daxil olan mahnıları tamaşaçılara təqdim etmişdir.

Öz ecazkar səsi ilə musiqisevərlərin rəğbətini qazanmış Fidan Hacıyeva pərəstişkarlarını salamlamışdır. Dünyanın bir çox şəhərlərində çıxış etdiyini qeyd edən tanınmış opera ifaçısı Bakıdakı konsertlərinin onun həyatında böyük əhəmiyyət daşıdığını vurğulamışdır.

Konsertin birinci hissəsində tamaşaçılara tanış əsərlər səsləndirilmiş, ikinci hissədə isə sırf romanslar təqdim olunmuşdur.

Konsertin dirijoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Xalq Artisti Cavanşir Cəfərovdur.

Konsert üçün bir neçə il Amerikada təhsil almış aranjımançı Allahyar Rzayev tərəfindən yeni partituralar yazılmışdır.

Fidan Hacıyeva bu partituranı müğənni Çingiz Mustafayev ilə birlikdə ifa etmişdir.

İki saatlıq konsert proqramında Fidan Hacıyeva görkəmli bəstəkarlar Üzeyir Hacıbəylinin, Cövdət Hacıyevin əsərləri ilə yanaşı, Tomas Arne, Friderik Şopen və digər dünya şöhrətli bəstəkarların repertuarından musiqilər də ifa etmişdir.

Konsert boyu Heydər Əliyev Sarayının səhnəsində quraşdırılan xüsusi ekranlarda sənətçinin müxtəlif formada görüntüləri, yeni çəkilmiş videoçarxlar nümayiş etdirilmişdir.

Azərbaycan klassik musiqisini müxtəlif dillərdə, yüksək peşəkarlıq və ustalıqla oxuyan müğənninin hər ifası tamaşaçılar tərəfindən dəfələrlə alqışlanmışdır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.