Xəbərlər

Heydər Əliyev Mərkəzində məşhur amerikalı müğənni Maykl Boltonun konserti olub
19 aprel, 2014 09:43

Aprelin 19-da məşhur amerikalı müğənni Maykl Bolton ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış etmişdir.

ERtv xəbər verir ki, rok-balladaları ilə bütün dünyada şöhrət qazanan tanınmış bəstəkar və ifaçı azərbaycanlı tamaşaçılar üçün ən sevilən və yeni mahnılarını səsləndirmişdir.

Əsl adı Mixail Bolotin olan 60 yaşlı, rus əsilli müğənni ABŞ-da doğulub boya-başa çatmışdır.

Maykl Bolton uğurlu ifaçılıq karyerası ilə yanaşı, həmçinin ABŞ-ın ən məhsuldar bəstəkarlarından biri kimi tanınır. O, Bob Dilan, Lеdi Qaqa, Dayan Vorren, Devid Foster, Fil Rаmon, Barbra Streyzand, Con Lecend, Jay Z və “KİSS” qrupu kimi dünya ulduzları üçün mahnılar yazmışdır.

“Qremmi” mükafatı laureatı Maykl Boltonun albomları dünya üzrə 53 milyon nüsxədən artıq satılmışdır. Hollivudun “Şöhrət xiyabanı”nda adına ulduz olan Maykl Boltonun repertuarında sevgi balladaları üstünlük təşkil edir. “Can I Touch You...There?”, “How Am I Supposed To Live Without You”, “Love is a Wonderful Thing”, “Missing You Now” onun ən məşhur mahnılarındandır.

Maykl Boltonun Luçano Pavarotti, Xose Karreras, Plasido Dominqo, Rene Fleminq, B.B.Kinq kimi ulduzlarla duetləri milyonların sevgisini qazanmışdır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.