Türkiyədən deportasiya olunan jurnalist Rauf Mirqədirov artıq Bakıdadır
19 aprel, 2014 09:42
Türkiyədən deportasiya olunan azərbaycanlı jurnalist, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovu Bakıya gətirən təyyarə Heydər Əliyev adına Hava Limanında yerə enib.
ERtv APA–ya istinadən xəbər verir ki, R. Mirqədirov təyyarədən ensə də, onu pasport-nəzarət keçidində saxlayıblar.