Xəbərlər

Ziyafət Əsgərov: “Azərbaycanda siyasi məhbus yoxdur, konkret əmələ görə məsuliyyətə cəlb edilən şəxslər var”
18 aprel, 2014 12:22

“Azərbaycanda siyasi məhbus yoxdur, konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuş şəxslər var. Vəssalam!”

ERtv xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin plenar iclasında deyib.

O, deputat İqbal Ağazadənin çıxışına münasibət bildirib.

İ.Ağazadə Milli Məclisdə “Nida” gənclər təşkilatının bir neçə üzvünün məhkəməsində dövlət ittihamçısının onlara tələb etdiyi cəzaya etiraz edib.

Daha sonra çıxış edən millət vəkili Siyavuş Novruzov isə sualların  həmin uşaqları öyrədib əlinə molotov kokteyli, eləcə də daş-dəmir parçası verib, polisin üzərinə göndərən adamlara ünvanlanmalı olduğunu deyib.  

“Suallarınızı öz övladlarını qoruyub, başqasının övladının beynini doldurub qızışdıraraq qanun pozuntularına yönəldənlərdən soruşun. 

Sual verin ki, niyə xalqın övladlarını bədbəxt edirsiniz, niyə onları məktəblərə universitetlərə, kitabxanalara, ağac əkməyə yox, məhz polisin üzərinə, ixtişaş törətməyə, həmçinin əhalinin mülkiyyətinə ziyan vurmağa yönəldirsiniz?

Hər dəfə səsləndiririk ki, Azərbaycanda siyasi məhkəmə termini yoxdur. Bütün məhkəmə işləri cinayət faktı üzərində aparılır. Məhkəmənin hökmü bitməmiş indidən məhkəmənin qərarına kölgə salmaq olmaz”, - S.Novruzov deyib.  

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.